7 C
Baku
Wednesday, January 8, 2025

Maliyyə Nazirliyi faiz xərci yüksələn 1 illik istiqrazları satmaqdan “imtina edib”

3 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060108 dövlət qeydiyyat nömrəli 100 milyon manat həcmində, tədavül müddətli 364 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib, lakin hərrac baş tutmayıb.

Banker.az-a daxil olan məlumata görə buna səbəb hərrac zamanı gəlirlilik dərəcələri Maliyyə Nazirliyini (emitent) qanə etmədiyinə görə hərrac baş tutmayıb.

Bildirək ki, son hərraclarda qısamüddətlidən uzunmüddətliyə qədər dövlət istiqrazlarının orta gəlirliliyi yüksəlməkdə davam edir.

Sonuncu dəfə 1 illik dövlət istiqrazları üzrə hərracda gəlirlilik dərəcəsi 8.23 faiz olub. Bu da 16 iyun 2020-ci ildəki hərracdan bu tərəfə qeydə alınmış ən yüksək gəlirlilikdir.

Maliyyə Nazirliyi keçən ay bu məsələyə də aydınlıq gətirərkən, bunun “daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması” ilə əlaqələndirib.

Dövlət istiqrazlarının gəlirliyi əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi və eləcə də bazardakı tələb-təklif əsasında formalaşır. Əgər təklif yüksək olduğu halda Maliyyə Nazirliyi daha az xərcli faiz təklifi ilə çıxış edir ki, bu da dolayısı ilə faizlərin enməsinə və ya əksinə, təklif aşağı olduğu halda isə yüksək gəlirliliklər borc cəlb etməyi seçir.

İndiki halda 1 illik dövlət istiqrazları Maliyyə Nazirliyi üçün cəlbedici olmaması onun daha yüksək xərcli olması ilə əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər