15 C
Baku
Saturday, October 19, 2024

Maliyyə Nazirliyi fond bazarından 90 mln. vəsait cəlb edib

10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201040257 ISIN-li, 90 mln. manat həcmində, 1 092 gün (3 il) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçurilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 92,3864 (10%) manat və 97,4333 (7.9789%) manat olan 63 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95,8722 (8.59%) manat, orta ölçülmüş qiyməti 96,8022 (8.2245%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170 658 300 manat, yerləşdirilmiş həcmi isə 90 000 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 6 oktyabr 2026-cı il.

Hərrac iştirakçıları 11 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər