6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi hərrac keçirəcək

5 iyul tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 200 min istiqraz hərraca çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 4 oktyabr tarixinə qədərdir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Maliyyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri “Paşa Capital” investisiya şirkətidir.

Son xəbərlər
Digər xəbərlər