10 C
Baku
Friday, March 6, 2026

Maliyyə Nazirliyi icarə xidməti üçün 1 milyon manat ödəyəcək

Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsinə 1,07 milyon manat xərcləyəcək.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı satınalma həyata keçirib.

Məlumata görə, keçirilmiş satınalma çərçivəsində qalib fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov olub.

Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin dəyəri 1 milyon 73 min manat təşkil edir.

Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 1500 m², ofis binası təmirli olmalıdır. Qiymət 1500 m²-dən az olmayan sahəyə görə nəzərdə tutulmalıdır.

İcarə müddəti 30 ay nəzərdə tutulmuşdur.

Son xəbərlər
Digər xəbərlər