12 C
Baku
Monday, November 25, 2024

Maliyyə Nazirliyi İcra Hakimiyyətləri ilə bağlı Prokurorluğa müraciət edib

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64.4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər