10 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Nazirliyi: “İlin sonunadək Türkiyədə inflyasiya səviyyəsi 49 %-ə çatacaq”

“Türkiyədə ilin sonunadək inflyasiyanın 48-49 % səviyyəsində olacağı proqnozlaşdırılır”.

Bu barədə ölkənin maliyyə naziri Nurəddin Nəbati bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunadək bu göstəricinin 19,9 %-ə enəcəyi gözlənilir.

Daha əvvəl Türkiyənin Statistika İnstitutu may ayının yekunlarına görə ölkədə illik inflyasiyanın əvvəlki ayla müqayisədə 69,97 %-dən 73,5 %-dək sürətləndiyini açıqlamışdı.

Nazir yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini bildirib.

Xatırladaq ki, Türkiyədə uçot dərəcəsi 14 % səviyyəsində müəyyən edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər