23 C
Baku
Sunday, May 26, 2024

Maliyyə Nazirliyi: “İlkin büdcə göstəricilərinə sonrakı mərhələlərdə dəyişikliklərin edilməsi mümkündür”

“Ötən gün açıqlanan “Azərbaycan Respublikasının “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədindəki göstəricilər icmal və dövlət büdcəsi layihələri üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir”.

Bunu Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.

Onun sözlərinə görə, büdcə prosesi çərçivəsində Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunvericiliyinə əsasən icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

“Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihələrə baxıldıqdan sonra onlar Milli Məclisə təqdim edilir və həmin sadalanan hər bir baxış mərhələsində icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür”, – o qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər