27 C
Baku
Monday, September 8, 2025

Maliyyə Nazirliyi inzibati cərimələrlə bağlı yaradılacaq sistemə ₼686 min xərcləyəcək

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “İnfinitech” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi (İCMAL) sistemi üçün alınacaq texniki avadanlıqların və həmin sistemin proqram təminatının (bir illik) proaktiv monitorinqinin həyata keçirilməsi üçün yaradılacaq sisteminin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 685.916 AZN-dir.

Qeyd edək ki, “İnfinitech” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 250 020 manatdır.

Son xəbərlər
Digər xəbərlər