Maliyyə Nazirliyi istiqrazlarının gəlirliliyini kəskin azaldıb

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0101025549 ISIN-li, 10 mln. manatlıq, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən, hərraca 9 investor ümumi məbləği 32 454 200 manat, qiyməti isə 98,0656 manat (7,9998%) – 98,9025 manat (4,5003%) olan 20 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 98,9025 manat (4,5003%) müəyyən edilib. Bu, əvvəlki hərraclarla müqayisədə, təxminən, 2 dəfə azdır.

Qiymətli kağızların hamısı yerləşdirilib. Onların ödəmə tarixi 2 yanvar 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər