14 C
Baku
Saturday, November 23, 2024

Maliyyə Nazirliyi istiqrazlarla 20 mln. manat clb etməyi planlaşdırır

12 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Banker.az bu barədə BFB-yə istinad edir.

Hər birinin nominal dəyəri 100 manat olmaqla ümumi həcmi 20 mln. manatlıq faizli, ortamüddətli dövlət istiqrazların faiz gəliri 8 % təşkil edəcək.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Anderrayter “Paşa Kapital İŞ” QSC olmaqla istiqrazların tədavül müddəti 728 gün olacaq.

Son xəbərlər
Digər xəbərlər