“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” p.h.ş. (“Azərsu” ASC) Maliyyə Nazirliyindən 2023-cü ilin sonunda 4.08 milyon avro məbləğində illik effektiv faiz dərəcəsi 1% olan kredit alıb.
Banker.az xəbər verir ki, bu barədə “Azərsu”nun illik audit hesabatında qeyd edilib.
Kreditin həmin dövr üzrə Azərbaycanın milli valyutası ilə nisbətdə həcmi 7.65 mln. manat təşkil edir.
Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 10 bərabər hissə olmaqla 2025-ci ilin may ayında başlayaraq 2029-ci ilin noyabr ayında başa çatacaq.
29 noyabr 2016-cı il tarixində Qrup Maliyyə Nazirliyindən 17.38 milyon ABŞ dolları (29.55 milyon AZN) və 11.94 milyon AZN məbləğlərində iki faizsiz kredit almışdır. Müqavilələrə görə kreditlərin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2024-cü ilin sentyabr ayında başlayaraq 2027-ci ilin dekabr ayında başa çatacaq.
07 iyun 2017-ci il tarixində Qrup Maliyyə Nazirliyindən 11.18 milyon ABŞ dolları (19.01 milyon AZN) məbləğində faizsiz kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2025-ci ilin fevral ayında başlayaraq 2028-ci ilin avqust ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2017-ci ilin sonunda 11.28 milyon ABŞ dolları (19.18 milyon AZN) məbləğində faizsiz kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2027-ci ilin fevral ayında başlayaraq 2030-cu ilin avqust ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2018-ci ilin sonunda 11.39 milyon ABŞ dolları (19.36 milyon AZN) məbləğində faizsiz kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2028-ci ilin fevral ayında başlayaraq 2031-ci ilin avqust ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2019-cu ilin sonunda 10.96 milyon ABŞ dolları (18.63 milyon AZN) məbləğində faizsiz kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2024-cü ilin fevral ayında başlayaraq 2027-ci ilin avqust ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2020-ci ilin sonunda 11.21 milyon ABŞ dolları (19.05 milyon AZN) məbləğində faizsiz kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2025-ci ilin fevral ayında başlayaraq 2028-ci ilin avqust ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2021-ci ilin sonunda 6.29 milyon ABŞ dolları (10.69 milyon AZN) və 4.21 milyon avro (7.90 milyon AZN) məbləğində illik effektiv faiz dərəcəsi 1% olan kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2027-ci ilin may ayında başlayaraq 2031-ci ilin noyabr ayında başa çatacaq.
Qrup Maliyyə Nazirliyindən 2022-ci ilin sonunda 2.35 milyon ABŞ dolları (4.00 milyon AZN) və 4.14 milyon avro (7.77 milyon AZN) məbləğində illik effektiv faiz dərəcəsi 1% olan kredit almışdır. Müqaviləyə görə kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2028-ci ilin may ayında başlayaraq 2032-ci ilin noyabr ayında başa çatacaq.