Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov hesab edir ki, neftin bir barelin qiyməti $30-dək ucuzlaşarsa, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxılmayacaq.
“2016-cı ilin dövlət büdcəsi neftin bir barelinin qiyməti $50 olmaqla hesablanıb. Bununla yanaşı, Maliyyə Naziriyi bir barel neftin qiyməti $30-a qədər ucuzlaşacağı halda büdcənin itkiləri ilə bağlı hesablamalar aparıb və bu itkiləri kompensasiya edəcək mənbələri müəyyən edib. Bu səbəbdən düşünürəm ki, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxmaq lazım gəlməyəcək”, – deyə F.Fərəcov ANS telekanalına müsahibəsində bildirib.
2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.