17 C
Baku
Saturday, October 18, 2025

Maliyyə Nazirliyi üç banka 600 mln. manatı depozit qoydu

Oktyabrın 17-də depozit hərracında xəzinə hesabının 600 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib”- deyə, bildirilir.

Son xəbərlər
Digər xəbərlər