“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Banker.az bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, ABB-nin səhmlərinin 91.4 %-nə nəzarət edən Maliyyə Nazirliyi payını 92.56 %-ə, 3.76 %-nə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) isə payını 3.81 %-ə çatdırıb.
Əvəzində Bankda digər hüquqi və fiziki şəxslərin payı 4.61%-dən 3.4%-ə düşüb. Kredit təşkilatının səhmlərinin qalan 0.23%-lik hissəsi isə əvvəlki qaydada “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) məxsusdur.
ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225.648 milyon manatdır.