6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi: Yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq

“Büdcə konsolidasiya tədbirlərinin və sərt pul siyasətinin həyata keçirildiyi bir şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi məqsədi ilə ölkə iqtisadiyyatına yerli və xarici maliyyə resurslarının cəlb edilməsi və tədiyyə balansının tarazlığının təmin edilməsi üçün dövlətin təşviq mexanizmlərinin tətbiqinin əhəmiyyəti daha da artıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, bununla əlaqədar ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizminin özəl investisiyanın artımına ciddi töhfə verib.

“Ötən il 79 sahibkarlıq subyektinə 84 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq. 6700-ə yaxın yeni iş yeri yaradılacaq. Təqdim edilmiş layihələrin 45%-i kənd təsərrüfatı, 55%-i isə sənaye sahələrində olmaqla onların 40%-i Bakıətrafı qəsəbələri və Abşeron rayonunda, 60%-i isə regionların payına düşür ki, bu da regional inkişafa öz təsirini göstərəcək”, – deyə S.Həsənova vurğulayıb.

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayının 1000 dəfə azaldığını deyən nazir müavini hesab edir ki, yoxlamaların azalması onların sərbəst fəaliyyətinə şərait yaradıb.

Son xəbərlər
Digər xəbərlər