6 C
Baku
Monday, January 6, 2025

Maliyyə Nazirliyi yüksək tələbdən yararlanır – İstiqrazların gəlirliliyi aşağı düşdü

8 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0201040190 ISIN-li, 90 mln. manat həcmində, 3 il (1092 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 36 investor tərəfindən qiymət intervalı 87.9790 (11.88%) manat və 96.1002 (8.4999%) manat olan 73 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.8421 (9 %) manat, orta ölçülmüş qiyməti 95.4277 (8.7662%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 399,425,500 manat, yerləşdirilmiş həcmi isə 135 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 4 avqust 2026-cı il.

Qeyd edək ki, sonuncu 3 illik DOİ-lər üzrə 55 mln. manat həcmində cəlbi nəzərdə tutulduğu halda, sifarişlərin yüksək olması səbəbindən həcm 82.5 mln. manata qaldırılmışdı. Hərracda DOİ-lərdə 9.42% orta gəlirlilik olmuşdu.

Hərrac iştirakçıları 9 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər