11 C
Baku
Friday, November 15, 2024

Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Nazirlikdən verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir. Nazirliyin aparatının rəhbəri Namiq Süleymanov, Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov, İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Ümumi şöbənin müdiri Lalə Həsənova, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən Fikrət Şirinov Şuranın üzvü təyin edilib.

Bundan başqa, Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Mayis Piriyev, üzvləri ümumi şöbənin sektor müdiri Zemfira İsmayılova və Hüquq şöbəsinin baş məsləhətçisi

Elçin Nəcəfov təyin edilib.

Apelyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında -Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər