13 C
Baku
Friday, November 8, 2024

Maliyyə Nazirliyində vacib görüş

Samir Şərifov Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini qəbul edib

Azərbaycan Maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Mitsuhiro Furusavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatı, cari il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, BVF ilə mövcud əlaqələrin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığı, iqtisadi inkişafda özəl sektorun rolunun artırıldığı qeyd olunub.

Eyni zamanda, AİB-nın Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd olunmuş, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər