22 C
Baku
Thursday, April 25, 2024

Maliyyə Nazirliyindən xəbərdarlıq

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim etməlidir.

Banker.az bu barədə Maliyyə Nazirliyinin yaydığı inforimasiyaya əsasən xəbər verir.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ-hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdiriib. Adıçəkilən qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən QHT-lərdən illik maliyyə hesabatlarının elektron formada alınması məqsədilə QHT-lərin elektron hesabatlılıq Proqramı hazırlanıb (www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçərək elektron qaydada hesabatlar təqdim oluna bilər).

Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər