18 C
Baku
Monday, September 16, 2024

Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib

Dekabrın 13-də Bakı Fond Birjası QSC-də Maliyyə Nazirliyinin AZ0101024518 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, AZ0101024518 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25.7 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.7791 (gəlirlilik 17.8724 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 2017-ci il martın 14-dür.

Son xəbərlər
Digər xəbərlər