3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyinin 60 mln. manatlıq istiqrazları hərracda satılıb

18 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040182 ISIN-li, 60 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 88.0412 (12.98%) manat və 96.7253  (7.80%) manat olan 56 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.6533 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 95.6959 (8.3821%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 195,858,923 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 19 iyul 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 iyul 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər