26 C
Baku
Sunday, August 10, 2025

Maliyyə Nazirliyinin banklara nəzarət sahəsində səlahiyyətləri artırılıb

Maliyyə Nazirliyinin nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətləri artırılıb.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 26-da imzaladığı “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.

APA

Son xəbərlər
Digər xəbərlər