25 C
Baku
Friday, June 20, 2025

Maliyyə Nazirliyinin depozit faizləri qalxdı – Yarım milyonu 5 banka yerləşdirilib

İyunun 20-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verir.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Qeyd edək ki, 03 iyun 2025-ci il tarixində eyni şərtlərlə orta faiz 6.42% təşkil edirdi.

Beləliklə, ilin ilk yarısında Nazirlik banklara ümumilikdə 3 mlrd. manatlıq depozit qoyub.

 

Son xəbərlər
Digər xəbərlər