04 oktyabr 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101015516 ISIN kodlu, tədavül müddəti 91 gün olan 22.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
AZ0101015516 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 5.3 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 5.3 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96.4569 (gəlirlilik 14.9378%) səviyyəsində müəyyən edilmişdir.