Avqustun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi (DQİ) üzrə hərrac keçiriləcək.
BFB-dən bildiriblər ki, istiqrazın ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi noyabrın 8-dir. “PAŞA Kapital” ASC anderrayter vəzifəsində çıxış edəcək.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Azertag







