Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək. Bu barədə BFB-nın açıqladığı məlumatda deyilir.
16 mayda BFB-də keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ), üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə detallar açıqlanıb. Məlumata əsasən, tədavül müddəti 91 gün olan bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi isə 10 mln. manatdır. İSİN kodu AZ0102010540 olan qiymətli kağızın Anderrayteri “Paşa Kapital İŞ” QSC olacaq.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.