16 C
Baku
Thursday, November 6, 2025

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

26 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106003756 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98.1897 AZN (9.7100%) və 101.5624 AZN (8.4000%) olan 7 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0776 AZN (8.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,018,800.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.02.2022-ci il.

Hərrac iştirakçıları 27 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər