3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 17 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23 mln. 338 min 100 manat təşkil edib.

Sifarişlər 90 manat (22,4063%) və 93.07 manat (15,0154%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 90,9775 manat (19,9989%) orta ölçülmüş qiyməti 91,5657 manat (18,5750%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 17 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 25.04.2017-ci ildir.

İstiqrazların tədavül müddəti – 182 gündür.

Bundan başqa, bu gün BFB-də Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib.

Hərrac zamanı 4 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 17 mln. 736 min 800 manat təşkil edib.

Sifarişlər 83,3500 manat (20,0860%) və 87,0940 manat (14,9001%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86,9876 manat (15,0413%) orta ölçülmüş qiyməti 86,9919 (15,0356%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 24.10.2017-ci ildir.

İstiqrazların tədavül müddəti – 364 gündür.

Son xəbərlər
Digər xəbərlər