15 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bu barədə Banker. az BFB-a istinadən xəbər verir
Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,854,800.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 13 oktyabr 2020-ci il.
Hərrac iştirakçıları 16 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.