13 oktyabrda Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərracı keçiriləcək.
Bakı Fond Birjasında (BFB) təşkil olunacaq hərracda emissiya həcmi 25 milyon manat, nominal dəyər 100 manat, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi isə 12 oktyabr 2021-ci ildir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.