6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Palatası açıqladığı rəqəmlərin düz olduğunu bildirir

İcbari Sığorta Bürosu və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildə icbari sığortalar üzrə açıqladıqları yığımların həcmi üst-üstə düşmür. İcbari Sığorta Bürosu 2017-ci ildə avtomobillərin icbari sığortası üzrə yığımların 91 866 067 manat olduğunu açıqlayıb. Palata isə bu rəqəmin 92 604 047 manat olduğunu bəyan edib. Başqa sözlə, iki qurumun açıqladığı sığorta statistikası arasında 737 min manatdan çox fərq var.

Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə aydınlıq gətirib.

Palatadan bildirilib ki, ictimaiyyətə açıqlanan məlumatlar arasında fərqlərin yaranması əsasən metodoloji fərqlərdən irəli gəlir.

Palata tərəfindən açıqlanan statistik məlumatlar daha geniş məlumatları ehtiva edir. Belə ki, Palatanın məlumatlarında bağlanmış icbari sığorta müqavilələri üzrə hesablanmış sığorta haqları ilə yanaşı təkrarsığortaya qəbul edilmiş təkrarsığorta haqları da əks olunur.


© Fins

Son xəbərlər
Digər xəbərlər