Maliyyə Bazarlarına Nəzarət Palatası 5 sığorta şirkətinin bağlanmasına dair Maliyyə Sabitliyi Şurasına müraciət etməsi barədə məlumatı təkzib edir. Bu barədə Banker.az-a məlumat MBNP-dan verilib.
Palatanın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov ….-a bildirib ki, palata sığorta şirkətlərinin bağlanması üçün heç bir orqana müraciət etməyib. «Bu barədə yayılan məlumat da əsassızdır»-deyə R.Abbasov bildirib.
Qeyd edək ki, bu gün bəzi KİV-lər öz mənbələrinə əsasən 5 sığorta şirkətinin bağlanmasına dair MBNP-nın Maliyyə Sabitliyi Şurasına müraciət etdiyini bildirmişdilər.