Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin Hüquq Şöbəsinin Rəhbəri

Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin Hüquq Şöbəsinin Rəhbəri

(Head of Legal Unit in the Financial Restructuring and Recovery Department)

 

Öhdəliklər:

  • Hüquq şöbəsinin öhdəsinə düşən tapşırıqların və funksiyaların yerinə yetirilməsinin təşkili, həmçinin şöbə əməkdaşlarının əmək intizamına riayət etməsinə nəzarət;
  • İri razılaşmaların, məhkəmə iclaslarının, müştəri/bank ilə danışıqların hazırlanmasında və həyata keçirilməsində iştirak;
  • Məhkəmə və icra orqanlarında və girov əmlakın reallaşdırılması məqsədi ilə təşkil olunan hərraclarda bankın maraqlarının təmsil edilməsi;
  • Şöbənin işinin optimallaşdırılması;
  • Departament rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi;
  • Sənədləşmənin aparılması.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Bank sahəsində problemli kreditlərin məcburi qaydada geri qaytarılması üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Müştərilər, dövlət qurumları və digər təşkilatlar ilə iş yazışmaları və danışıqlarının aparılmasında təcrübə;
  • Daxili normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi;
  • İqtisadiyyatın və bank işinin təşkilinin əsasları, Azərbaycan Respublikasının mülki və bank qanunvericiliyinin əsasları, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları üzrə biliklər;
  • Word və Excel ofis proqramlarında işləmək bacarığı (istifadəçi səviyyəsində);
  • Mükəmməl Azərbaycan dili biliyi, rus və ya ingilis dili arzuolunandır.

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə cv@accessbank.az  ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər