9 C
Baku
Friday, December 13, 2024

Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur

“Bələdiyyələrin problemi təbii ki, var. Amma bu, təkcə onların səlahiyyətləri ilə bağlı deyil. Onların səlahiyyətləri kifayət qədər genişdir. Sadəcə bir az təşəbbüskarlıq, fəallıq ən böyük çatışmazlıqlarından biridir”.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov deyib.

O qeyd edib ki, maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur:

“Ancaq elə bələdiyyələrimiz də var ki, bu resurslardan yaxşı istifadə edir. Hesab edirəm ki, bu gün bələdiyyələr onlar üçün yaradılan imkanlardan 50 faizindən istifadə etməyiblər. Əgər bu imkanlardan 100 faiz yox hələ 90 faiz istifadə olunsaydı görün hansı səviyyədə işlər görülə bilərdi. Bəzən insanlarda elə təsəvvür yaranır ki, bələdiyyələr passivdir”.

Rəis müavini bildirib ki, Azərbaycanın bütün şəhər və qəsəbələrinin sosial problemlərinin həllində bələdiyyələrin çox fəal iştirakı var:

“Hər il onlar bu iş üçün külli miqdarda vəsait də sərf edirlər, eləcə də dövlət tərəfindən vəsait də ayrılır. Bələdiyyələr pul ayırmaqla yanaşı, özləri də abadlıq işlərində iştirak edirlər. Problem sadəcə ondan ibarətdir ki, bələdiyyələrin gördüyü işlər təbliğ olunmur. Ona görə də cəmiyyətdə elə təsəvvür yaranır ki, bələdiyyələr heç bir iş görmür”. 

Son xəbərlər
Digər xəbərlər