9 C
Baku
Friday, December 13, 2024

Maliyyə rifahı yüksək olan insanların vərdişləri

Müvəffəqiyyəti ölçməyin bir neçə üsulu var. Çoxları üçün müvəffəqiyyət şəxsi nailiyyətlər və ya ailə məqsədləri ilə ölçülür. Lakin müvəffəqiyyət – ilk növbədə konkret məqsədlərin dərk edilməsi və onlara doğru məqsədyönlü hərəkətidir.

Bu yolda müəyyən maliyyə addımlarını atmaq lazımdır, hər bir uğurlu addım isə toy-bayram emtək üçün bir səbəbdir. Və əlbəttə ki,  müvəffəqiyyətli insnalar məqsədlərinə çatdıqca qarşılarına yeni məqsədlər qoyurlar.

Sizin müvəffəqiyyətinizin əsas indikatoru çox güman ki, qonşunuzdakından fərqlənir. Və bu normaldır. Buna baxmayaraq, müvəffəqiyyətli insanlar bir qayda olaraq müvəffəqiyyət haqqında oxşar təsəvvürə malik olurlar. Investropediya.com saytı maliyyə rifahı yüksək olan insanların tipik vərdişlərinin siyahısını tərtib edib.

Onlar digər müvəffəqiyyətli insanlarla vaxt keçirirlər

Warren Buffett və Bill Gates çox yaxın dostdurlar. Və bu təsadüf deyil.

İş yerində, klubda və ya könüllülük qrupunda – fərq eləməz, müvəffəqiyyət müvəffəqiyyəti çəkir.

Adətən insanları ortaq dəyərlər və məqsədlər birləşdirir, yaxşı dostlar isə bir-birini ilhamlandırırlar. Psixoloqlar çox maraqlı bir fakt müşahidə ediblər: dəyərləri oxşar olan insanların məqsədləri də oxşar olur.

Onlar bütün işləri bu gün yerinə yetirirlər, daha əhəmiyyətli qərarlar isə gələcək məqsədlərlə bağlı olur

Əgər böyük şeyləri yerinə yetirirsinizsə, kiçik şeylər o qədər də əhəmiyyətli deyil.

Keçirilmiş tədqiqatlar göstərir ki, biz vaxtımızın 80%-ni səmərəsiz xərcləyirik. Daha dəqiq desək: göstərdiyimiz səylərin  yalnız 20% səmərəlidir.

Əgər bu 20% düzgün şəkildə istifadə edirsinizsə, qalan 80% o qədər də önəmli deyil.

Bəzi məqalələr bizə qənaət etməyi tövsiyə edir. Onlara görə, gündəlik olaraq qəhvə və ya kafe yeməklərinə xərclədiyimiz büdcə boş xərcdir. Əslində, daha sadə düşünün. Təhsili və müəyyən məbləğdə pul ehtiyatına malik olan insan, qəhvəyə və ya yeməklərə bir-iki dollar xərcləyə bilər.

Onlar hər şeyi planlayırlar

İş adamlarının çox hissəsi gündəlik fəaliyyətə və gündəlik məqsədlərə o qədərdə diqqət etmirlər. Və bu böyük səhvdir.

Müvəffəqiyyətli insanlar məsuliyyət və nəzarətə meyl edirlər. İşə nəzarət həyata nəzarət deməkdir.

Təəssüflər olsun ki, çoxlarımızın həyatı pinbol avtomatının içindəki metal şarikə bənzəyir: biz də onun kimi müxtəlif maneələri dəf etməli oluruq.

Müvəffəqiyyətli insanlar çətinliklərə qarşı dözümlü olurlar, onları sındırmaq çətindir.

Bəzən qarşımıza çıxan problemlər bizim üçün yeni məqsədlərə çatmaqda tramplin rolunu oynayırlar.

Onlar pulu planlı şəkildə xərcləyirlər

Bunu pulu olan insanlardan gözləmək məntiqə uyğundur, lakin xərclər məsələnin yalnız bir hissəsidir. Müvəffəqiyyətli başa düşürlər ki, resurslar (vaxt, təhsil, münasibətlər və pul) onları öz məqsədlərinə daha yaxın və ya daha uzaq edə bilər.

Müəllimlər öz tələbələrinə çox vaxt deyirlər ki, biznesə hətta 40 yaşda belə başlamaq olar, əsas buna hazır olmaqdır.

Əgər qarşınıza məqsəd qoymusunuzsa, ona çatmaq üçün vaxt, pul və ağıla ehtiyacınız olacaq. Bəlkə də özünüzə yol yoldaşı tapa biləcəksiniz, hansıki sizin layihədə böyük məmnuniyyətlə iştirak edəcək.

Onlar pensiyaya müvəffəqiyyət yolunda yeni bir addım kimi baxırlar

Ən xoşbəxt və müvəffəqiyyətli insanlar yetkin yaşında belə işləməyə davam edirlər.jimmiy

Onların çoxu rəsmi olaraq pensiyaya çıxmış olsa da, xeyriyyəçilik də daxil olmaqla müxtəlif sahələrdə aktiv iştirak etməyə davam edir.

ABŞ-ın keçmiş prezidenti Jimmy Carter 92 yaşda olmasına baxmayaraq, hələ də müəllim kimi çalışmağa davam edir.

Son xəbərlər
Digər xəbərlər