11 C
Baku
Thursday, March 6, 2025

Maliyyə riskləri üzrə mütəxəssis (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

  • Likvidlik idarəsində iştirak etmək;
  • FX Risk idarəsində iştirak etmək;
  • Pulun qısa müddətli və uzun müddətli planlaşdırılmasına kömək eləmək;
  • Proqnoz üçün maliyyə məlumatlarının təhlili;
  • Şirkət Rəhbərliyi və müvafiq xarici qurumlar üçün aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Risk dərəcəsinin qiymətləndirilməsi üçün tədqiqatların aparılması;
  • Riskə nəzarət etmək və azaltmaq üçün tövsiyələr vermək;
  • Kəmiyyət analizini həyata keçirmək;
  • Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

TƏLƏBLƏR:

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya statistika sahəsində ali təhsil dərəcəsi;
  • Layihə icrası, monitorinqi, qiymətləndirilməsi və yazılı hesabatında güclü bacarıqlar;
  • Mikromaliyyə və ya bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında sərbəst işləmək;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 19 oktyabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Financial Risk Officer’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]                                                                                    Faks: (+994 12) 597 30 39

Son xəbərlər
Digər xəbərlər