15 C
Baku
Saturday, April 20, 2024

Maliyyə riyaziyyatı nə üçün lazımdır?

Maliyyə riyaziyyatı – kifayət qədər dar fənn olsa da, son dərəcə praktiki və tutumludur. Biz maliyyə riyaziyyatının geniş anlayışını investisiya analizi, maliyyə menecmenti, bank işi və s. kimi bütün gələcək əlavələrin əsası kimi təqdim edirik.

Maliyyə riyaziyyatı kommersiya və maliyyə əməliyyatlarının parametrlərini tədqiq edir, onların maliyyə nəticələrini qiymətləndirir. Maliyyə riyaziyyatı kimə lazımdır?

İlk növbədə – menecerlərə, uzun tsiklli istehsalı idarə edənlərə, daim ödənişlərin vaxtının uzadılması və müddətlərə ayrılması ilə məşğul olan maliyyə menecerlərinə, ixtisaslı maliyyə menecerlərini muzdla tutmağa imkanları olmayan kiçik və orta müəssisələrə, firmalarının keçmişini və gələcəyini təhlil edən mühasib və iqtisadçılara.

Maliyyə riyaziyyatı – inflyasiyanın və vaxtın nəzərə alınması ilə maliyyə, investisiya və ticarət əməliyyatlarının gəlirlərinin, valyuta kurslarının, müqavilələrin yerinə yetirilməsinin hüquqi və faktiki şərtlərinin faizlərinin və s. praktiki hesablanması sistemidir.
Sahibkar və iqtisadılar üçün maliyyə riyaziyyatının əhəmiyyəti aşkardır, lakin hətta adi vətəndaşların da onun əsaslarını bilməsi çox yaxşı olar.
1993-cü ilin əvvəlində bir çoxları Moskva metrosunda «Paytaxt» bankının elanına diqqət yetirmişdi. Bu reklamı olduğu kimi nəzərinizə çatdıraq: «200% illik – bu, üç dəfə çoxdur». Bu bank ifadəsinin xüsusiyyəti bank faizinin mahiyyətinin açılmasından ibarətdir. Yəni insanlar bunu başa düşmür? Məlum oldu ki, bəli! Yerli funksional iqtisadi savadsızlıq olduqca böyükdür.
Ümumiyyətlə, funksional savadsızlıq nədir? Bu o zaman olur ki, oxuya bilirsən, başa düşə bilmirsən. Belə hesab edirlər ki, amerikalıların 20%-i funksional savadsızdır. Bu rəqəm əlbəttə ki, şərtidir, lakin problemin özünə Amerika cəmiyyətinə əsas təhlükələrdən biri kimi baxılır. Azərbaycanda da bu problem, iqtisadi sahədə olduqca kəskindir.
1993-cü ilin martında biz «Paytaxt» bankının «bəsirətinin dərinliyi»ni yoxlamağı qərara aldıq. Bunun üçün təzə başlayan iqtisadiyyat müəllimləri üçün keçirilən seminarda belə bir sual qoyduq: «1000% illik nə qədər çoxdur?» Sualı başa düşməyənlər, – bunların sayı daha çox idi, – susdular. Qalanları 101,1001, 100 dəfə və i.a. deyərək, fantastik cavablar verirdilər. Suala daha yaxın olan cavab «10 dəfə çox» idi. Düzgün cavabı – 11 dəfə çox, – heç kəs deyə bilməmişdi. 1994-cü ildə keçirilən seminarlarda bir çoxları dərhal olmasa da, düzgün cavab verirdi. Lakin yenə də sualı başa düşənlərin sayı az idi.
Bunun üçün biz hətta qarşımıza belə sual qoymuşduq ki, hesablamaların mahiyyətini necə izah etmək olar – iqtisadçı üçüq bu, nə dərəcədə aydındır. Son onillik ərzində biz bu alqoritmi birneçə dəfə izah etmişik. İzahatın daha əyani variantlarından biri budur. Əmanəti 100% göstərsək, dövrün sonunda faizlə 100%+1000%+1100% alınacaq. Bu rəqəmi 100%-lə nisbətlə götürsək, görərik ki, bizim kapital 11 dəfə artmışdır. Sonra inflyasiyanın necə hesablanması və qiymətlərin indeksi barədə söhbətlər edirdik, yadda qalmaq üçün məşqlər edirdik: 43% neçə dəfə qədər çoxdur, 5,3 dəfə və s. İnflyasiya bir ildə 140% təşkil etmişdir. Qiymətlər nə qədər qalxmışdır? – 2,4 dəfə. Bəzi iqtisadiyyat müəllimləri üçün bu, təzə bir fənn idi. Bu cür tapşırıqlardan sonra iqtisadiyyat müəllimləri «həyatdan» suallar verməyə başlamışdılar: «Pulları hara qoymalı?» və ya «Depozitlərin hansı şərtləri daha yaxşıdır?» Aydın olurdu ki, bütün bunları onlara öyrətmək lazımdır.
Təcrübi olaraq biznesmenlər üçün, çox vaxt isə adi əmanətçilər üçün də bütün nəşrlərdə heç bir izahat, şərh verilmədən faizin səmərəli dərəcəsi, gəlirlilik, rentabellik, maliyyə sabitliyi, verimin daxili norması və bu kimi bir çox anlayışlar verilir. Hər cür – qanuni və qeyri-qanuni, sadə və mürəkkəb, düzgün və çoxlü qazanclar vəd edən maliyyə alətlərinin çiçəklənməsi dövründə nəinki bizneslə məşğul olanlar və iqtisadçılar, həm də sadəcə savadlı vətəndaşlar kütləvi formada kommersiya və maliyyə əməliyyatlarından qazanc və itkilərin müqayisəsi texnikası ilə tanış olmaq imkanına malik olmalıdırlar.
Biznesin mahiyyətinə açar
Maliyyə riyaziyyatı həm də ona görə aktualdır ki, biznesin mahiyyətini açmağa imkan verir.
Tətbiqi iqtiadiyyatın bir çox sferalarını adi riyazi modellərlə təsvir etmək mümkündür. Bu modellərin ümumi özəyi var ki, o da maliyyə riyaziyyatı tərəfindən öyrənilir.
Maliyyə riyaziyyatının riyazi əsasları çox sadə olub, elementar riyaziyyatın adi məktəb kursuna əsaslanır.
Maliyyə riyaziyyatını mənmsəmək üçün həndəsi silsiləni, dərəcə funksiyasını, faiz, nadir hallarda isə loqarifmik hesablamalar və tənlik sistemlərinin həllini öyrənmək lazımdır. Maliyyə hesablamaları mühasibat uçotunu bilməyi nəzərdə tutmur. Bunun həm məktəblilərə, həm tələbələrə, həm də yaşlı dinləyicilərə tədrisi təcrübəsi göstərir ki, Azərbaycanda maliyyə riyazıyyatının materiyası hamı üçün açıqdır.
Maliyyə riyaziyyatı təzə başlayan iqtisadçını maliyyə əməliyyatlarının kəmiyyət analizi dünyasına aparır. Bura çox dar metodlar daxildir ki, bu zaman şərt kimi 3 məqamı göstərmək lazımdır:
• Dəyər xarakteristikaları: qiymətlər, ödənişlərin ölüləri və borc öhdəlikləri.
• Müvəqqəti xarakter daşıyan xarakteristikalar: ödənişlərin ödəmə müddətləri, bu dövrlərin tarixləri və müddətləri, müxtəlif cür ödənişlərin müddətlərinin uzadılması və s.
• Açıq və açıq olmayan formada verilmiş faiz dərəcələri.
Maliyyə riyaziyyatı ödəmələrin sxemlərini və faizlərin hesablanması qaydalarını öyrənir, lakin hələ bu, əsas deyil. O, təbii «Mümkün maliyyə sövdələrindən hansı daha mənfəətlidir» sualına obyektiv cavab verir. İqtisadi fənlərin heç də hamısı bu konkretliyinə görə özünə güvənə bilməz.
Kreditin və ya başqa bir sövdənin sxemi sadə olsa, daha yaxşıdır. Bəs daha çətin hallarda, xərclərin və gəlirlərin axınlarının qeyri-müntəzəm olduğu vaxtlarda gəlirliliyi necə hesablamalı? Bu suala hər iqtisadçı cavab verə bilmir. Maliyyə riyaziyyatı müxtəlif əməliyyatların gəlirliliyini müqayisə etmək üçün instrumentari verir. O, gəlirliliyi hesablamağı nəinki göstərir, hətta praktiki təkliflər verir və alınan nəticələrin iqtisadi mənasını analiz etməyə imkan verir.
Öyrənmə səviyyələri
Maliyyə riyaziyyatının bir neçə öyrənmə səviyyələri vardır:
Təsvir səviyyəsi. Bu, hətta yuxarı sinif məktəbliləri üçün asandır, lakin çox vaxt orta ixtisas təhsil müəssisələrində tətbiq olunur. Bu səviyyədə düsturlar və alqoritmlər isbatsız verilir. Hesablamalar sadələşdirilmişdirvə yaxın düsturlardan maksimum dərəcədə istifadə edilir. izahlar maliyyə təcrübəsinin yayılmış misalları üzərində qurulur.
Analitik səviyyə yaranmış təcrübənin analitik təsvirini nəzərdə tutur. Düsturlar çıxarılır. Təsvir abstrakt və ümumiləşdirilmiş formada qurulur. Məsələlər məsləhət təcrübəsi zamanı olduğu kimi ifadə olunur. İqtisadiyyatın bu bölməsinin inkişaf şəraitinin, sahəvi qiymətlərin artımı, tədarükçülərin qiymətlərini və bütövlükdə inflyasiyanın təsiri göstərilir və nəzərə alınır.
Tədqiqat səviyyəsi. Yeni maliyyə alətləri thlil olunur. Onların qurulması problemləri müzakirə olunur. Nəinki inflyasiyanın, iqtisadiyyatın hər hansı bölməsinin ümumi vəziyyətinin təsiri analiz edilir, həm də müvafiq proqnozlar verilir. Diskonlaşmanın problemləri və real şəraitdə bütün risklər nəzərə alınmaqla, qərarların qəbul edilməsi alqoritmləri müzakirə olunur. Nəticədə maliyyə əməliyyatlarının yeni sxemləri alınır və artıq məlum sxemin seçimi əsaslandırılır.
Maliyyə riyaziyyatı zəruri olan əsas materialın bütün dəstini verir və bir qədər təlim keçdikdən sonra siz artıq həyatda lazım olan maliyyə hesablamalarını apara biləcəksniz. Maliyyə riyaziyyatı ilə tanışlıq həm iqtisadi nəzəriyyə, həm də gur inkişaf edən təcrübə ilə kontekstdə baş verməlidir. Burada siz nəinki maliyyə nəticələrini tutuşdurmaq üçün lazım olan texniki üsulları tapacaq, həm də faiz nəzəriyyəsinin, diskontlaşmanın əsaslarını öyrənəcək, torpaq və başqa daşınmaz əmlakın qiyməti, səhmlərin və istiqrazların qiymətləri barədə iqtisadi təsəvvürə malik olacaqsınız.
Riyaziyyatçı və iqtisadçı eyni riyazi modeli müxtəlif cür başa düşürlər. Məsələn, riyaziyyatçı mürəkkəb faizdə heç bir çətinlik görmür, iqtisadçı isə «dar» yeri görür: görəsən nənə, əgər bunu izah edə biləcəksə, 137/365-in qüvvətini necə tapacaq? Maliyyə riyaziyyatının predmeti riyazi düsturların yığımından daha genişdir, belə ki, iqtisadi və maliyyə qaydalarından ibarətdir, maliyyə dünyasının və kommersiya hesablamalarının gerçəkliklərini əks etdirir.
Son xəbərlər
Digər xəbərlər