Maliyyə sabitliyi üzrə britaniyalı avrokomissar Conatan Hill postundan istefaya verəcəyini açıqlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
C.Hillin qərarı Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyü məsələsi ilə bağlı keçirilmiş referendumun nəticələri ilə əlaqədardır.
“Yeni mərhələyə daxil oluruq və belə məqamda heç bir şey olmamış kimi britaniyalı Avropa komissarı vəzifəsinin icrasına davam edə bilmərəm”, – Hillin bəyanatında deyilir.
O, həmçinin çox məyus olduğunu, amma artıq heç nəyi dəyişməyin mümkün olmadığını bildirib.