Bu il məktəbi bitirənlərin bəzi nüansları ilə sizləri tanış etmək istəyirəm. Söhbət maliyyə savadsızlığından gedir. Təhsil Nazirliyi kütləvi tədbirlərinin təhlükəsizlik baxımından keçirilməsini qadağan edib. Təhsil Nazirliyinin bu addımını mən alqışlayıram.
Səbəb isə təhlükəsizlik və valideynlərin maliyyə vəziyyətini nəzərə alaraq bu addımı atmalarıdır. Amma son zəngdən sonra, məzunlar yenədə bir kafeyə, bir kiçik restorana yığışaraq məktəbi bitirmələrini bayrama çevirərək qeyd ediblər. Amma yığışmaq və sakit tərzdə bu hadisəni qeyd etmək yaxşı haldı. Çünki onlar yeni, daha keşmə-keşli həyata qədəm qoyub, uşaqlıq illərinə əlvida deyillər. İnsanın da, yaddaşında məktəb həyatı silinməz illər kimi qalır. Amma bu bayramı səs-küylə edən məzunlarda az olmur.
Belə bir hadisəni regionda olmasının qiyabi şahidi oldum. Restoranın banket zalında qızlı-oğlanlı yığışaraq son zəng bayramını qeyd edən məzunlar, xoşa gəlməz hadisə ilə üzləşiblər. Onların ora getməsinin son anında sinif rəhbərləri, getməkdən imtina edib. Məsələdə bundan sonra başlayıb. 15 nəfərlik heyyət 30 nəfərlik yemək sifarış ediblər. Sonda isə məzunların hesabı ödəməyə pulları olmayıb. Maliyyə savadsızlığının ən pik nöqtələrindən biridə budur. Gəlir və xərclərinin bərabər şəkildə bölüşdürməməsi və ya xərcinin gəlirindən daha çox çıxması. Məsələnin bu həddə çatmasının 1-ci səbəbi sinif rəhbəri olub. Çünki onun bu uşaqlara baxanda daha çox təcrübəsi var.
Rəhbərin bu halın nizamlamaması və son həddə “aradan çıxması” gətirib bu səviyyə çıxardı. Bunu orduda komandir olmayan yerdə, ordunun başsız qalması mənzərəsinə də bənzətmək olar. Amma hər bir halda belə olan halda, gərək alternativ olmalıdır. Məzunların alternativi olub, amma sadəcə formal xarakter daşıyıb, hətta məsələnin bu yerə çatmasında və ortada 15 adamlıq sifarişlik vəsait ola-ola, 30 adamlıq yemək sifariş etməsində onun günahı olub. Alternativin də qız seçilməsi düzgün deyil. Qız düşünüb ki, bütün çatışmazlıqları oğlanlar gentelmen sayağı “ört-basdır” edəcəklər. Yəni sistemdə maliyyə probleminin olması, balansın düzgün qurulmamasıdır. Sonda obyektin sahibində pul ödənilməməsə heç kəs buradan getməyəcək deyilməsi sözü, bir nəfərin əlavə pullunun ortaya qoyulması ilə nəticələnib. Əks halda obyekt sahibi “zaloq” qismində, məzunları saxlayacaq idi. Hətta bunun real olduğunu sübüt etmək üçün, məzunların keçirdiyi bayram yerini bağlayıb və onlara 5 dəqiqə vaxt verib. Həmin müddət ərzində valideynlərinin birinin öz övladına mənzil başına getməmişdən əvvəl daha çox pul verməsi, onları vəziyyətdən çıxarıb.
Ataların bir misalı var, ayağını yorğanına görə uzat, uzatmasan o yorğandan çıxan ayaqlarını kəsəcək adam tapılacaq. Bu halların baş verməməsi üçün məktəblərdə mütəmadi maliyyə savadsızlığının aradan qaldırılması məqsədi ilə, təlimlər, seminarlar keçirilməlidir. Bu seminarlar həm də, valideynlərin, müəllimlərin iştirakı ilə keçirilməsi daha məqsədəuyğundur. Çünki indi ki, halda bir çox insanlar var ki, gəliri ilə çıxarını nizamlaya bilmir. Nəticədə xoşa gəlməz hadisələrlə üzləşillər. Belə halların baş verməməsi üçün Maliyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə məktəblərdə seminar və təlimlərin keçirilməsi lazımdır.
Rauf Qarayev,
İqtisadçı – ekspert
Bu müəllifin müstəqil fikiridir, sayıtımızın mövqeyi ilə üst-üstə düşməyə bilər