- Banker.azın verdiyi məlumata görə, bu haqqda Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsndə deyilir.Maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində:
- 2020-ci ildə real ÜDM-in 750 milyon manat dəyərində artacağı;
- maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Maliyyə xidmətlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər üzrə 2020-ci il üçün aşağıdakı əsas hədəf indikatorları müəyyən edilmişdir:
- bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması;
- 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxması;
maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbətinin) 60 faiz təşkil etməsi;
qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması; - sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması.