11 C
Baku
Monday, November 25, 2024

“Maliyyə sektorunda de-dollarizasiya trendi davam edir”

Maliyyə sektorunda və iqtisadiyyatda ciddi de-dollarizasiya prosesi trendi davam edir. 2023-cü ildə də bunun sürətlə davam etdiyi müşahidə edilib.

Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu həm də bank sektorunun öhdəlikləri, yəni kredit portfeli üzrə müşahidə edilib.

“Bank sektorunun aktivlərinin keyfiyyəti yaxşıdır və yaxşılaşmaqda davam edir. Ötən il maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb. Hesabat dövründə bankların kredit portfeli 18 faiz artıb, kapitalın adekvatlıq göstəriciləri 20 faiz təşkil edib ki, minimum tələbi 2 dəfə üstələyir”- AMB-nin sədr müavini qeyd edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər