1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə təşkilatlarında müşahidə şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi qaydası təsdiqləndi (PDF)

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi ilə bağlı qaydanı təsdiqləyib.

Banker.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov imzalayıb.

Qaydanın əsas anlayışında qeyd edilir ki, Bu Qayda Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 10.5-ci, “Sığorta fəaliyyəti haqqında” Qanununun 38.1-ci, “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 63.2-ci, “İnvestisiya fondları haqqında” Qanununun 40.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bankın, sığortaçının, təkrarsığortaçının, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, səhmdar investisiya fondunun və investisiya fondunun idarəçisinin (bundan sonra – nəzarət subyektləri) müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi qaydasını müəyyən edir.

Müsahibənin keçirilməsində məqsəd namizədin peşəkarlıq və bilik səviyyəsini yoxlamaqla, iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

“Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Son xəbərlər
Digər xəbərlər