2018-ci il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 mlrd. 663,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bunun 9 mlrd. 415,8 mln. manatı uzunmüddətli kreditlər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,7%-ni təşkil edib.