24 C
Baku
Tuesday, July 2, 2024

Maliyyə və sığortada çalısanların əmək haqqı daha çox olub

2014-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,9 min nəfər olmuş, onlardan 891,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 619,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 22,3 %-i təhsildə, 18,7 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,7 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 %-i tikintidə, 5,1 %-i nəqliyyat və anbar təsərrüfatında, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 %-i informasiya və rabitə sahəsində və 17,3 %-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 439,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər
Digər xəbərlər