10 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə və sığortada çalışanların maaşları azaldı – Rəsmi rəqəmlər

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14.7 faiz artaraq 704.5 manat təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.

Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 736.4 manat, dövlətdə çalışanlarda 1 709.2 manat, özəldə çalışanların isə 1 743.8 manat olub.

Halbuki, bu ilin yanvar-sentyabr aylarında isə bu sahədə çalışanların ümumilikdə orta aylıq əməkhaqqları 1 758.5, dövlətdə işləyənlərin 1 735.8, özəldə işləyənlərin isə 1 764.5 təşkil edib. Bir ayda maliyyə və sığorta işçilərinin orta aylıq maaşları 22.1 manat azalıb.

Aylıq müqayisədə azalma olsa da, illik müqayisədə orta aylıq əməkhaqqlarında artım qeydə alınıb. 2019-cu ilin müvafiq aylarında isə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 632.8 manat, dövlətdə çalışanlarda 1 657.5 manat, özəldə çalışanların isə 1 626.9 manat olub.

Son xəbərlər
Digər xəbərlər