6 C
Baku
Sunday, December 15, 2024

Maliyyəçi Jim Rogers həyatındakı ən pis enişi proqnozlaşdırdı

Məşhur investor Jim Rogers, həyatındakı ən pis enişi proqnozlaşdırıb. O, koronavirusdan zərər çəkən sektorlarda (nəqliyyat, turizm, kənd təsərrüfatı) səhm almaq üçün əlverişli an gözləyir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Düşünürəm ki, növbəti bir neçə ildə həyatımda gördüyüm ən pis enişin şahidi olacağıq”, – Jim Rogers “Bloomberg” ə verdiyi müsahibədə deyib.
“Rogers Holdings” in sahibi bazarlarda enişin qaçılmaz olduğunu hələ 2018-ci ildə demişdir. O vaxtdan bəri, onun narahatlığı koronavirus pandemiyasının yayılması ilə bağlı çətinliklər nəticəsində daha da artdı. Maliyyəçinin sözlərinə görə, koronavirusun iqtisadiyyata göstərdiyi təsirin nəticələri “tez bir zamanda aradan qalxmayacaq”.

Rogers hazırda ABŞ dolları alır, onun portfelində Çin və Rusiya şirkətlərinin səhmləri var.

Son xəbərlər
Digər xəbərlər