Maliyyə Bazarlarına Nəzarət Palatasının departamentlərindən birinə yeni idarə rəisi təyin olunub.
Banker.az-ın xəbərinə görə, Tamerlan Rüstəmov Maliyyə Bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi təyin edilib. O, bu vəzifəsini 2019-cu ilin ilk ayından icra etməyə başlayıb.
Oxşar yazı: MBNP-də daha bir yeni təyinat
Bildirək ki, T.Rüstəmov 2017-ci ilin yazında adıçəkilən qurumun Ödəniş Sistemlərinə Nəzarət Sektoruna rəhbər kimi Azərbaycan Mərkəzi Bankından gəlib.
Qeyd edək ki, bu idarə, MBNP-dəki Kapital Bazarlarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinə daxildir.