13 C
Baku
Saturday, November 23, 2024

Malların anbarlardan təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?

Fərdi sahibkar elektron ticarət qaydasında telefon aksesuarlarının satışı fəaliyyətini həyata keçirir. Sifariş əsasında satılmış telefon aksesuarı alıcıya anbardan təhvil verildiyi halda fərdi sahibkar tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulurmu?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə maliyyə sanksiyasının tətbiq olunmasına əsas vermir.

Qeyd olunanlara əsasən, elektron ticarət qaydasında satılmış telefon aksesuarının fərdi sahibkarın pərakəndə satış ticarət obyektinə məxsus anbardan təqdim edilməsi zamanı satıcıya maliyyə sanksiyası tətbiq olunmur.

Son xəbərlər
Digər xəbərlər