7 C
Baku
Thursday, December 12, 2024

Malların dəyərini azaltmaqla vergidən yayınanların adları açıqlandı – SİYAHI

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışırlar.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məumat verilib.

Bildirilir ki, gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı İnvoysda göstərilən qiymət Real qiymət Fərq
1 “Taleh-AT” müəssisəsi 67350,01

ABŞ dolları

129915,13

ABŞ dolları

62565,12

ABŞ dolları

2 “Qoşabulaq-A” MMC 26000 avro 70000 avro 44000 avro
3 Bəhlulzadə Kamal Rauf o. 6584

ABŞ dolları

28044

ABŞ dolları

21460

ABŞ dolları

4 “Avantaj AS” MMC 46188,60

ABŞ dollar

65027,06

ABŞ dollar

18838,46

ABŞ dollar

5 “NTC Company” MMC 24584,85

ABŞ dolları

38216

ABŞ dolları

13631,15

ABŞ dolları

6 “Çipto” MMC 7028,98avro 17180,32 avro 10151,34 avro
7 “ABA Trading” MMC 27700 avro 37500 avro 9800 avro

Ümumilikdə, 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.

DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələrilə ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər