6 C
Baku
Saturday, December 14, 2024

Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan hallar genişlənib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda bildirilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823; 2018, № 8, maddə 1797) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”nin 2.7.4-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.7.5-ci və 2.7.6-cı yarımbəndlər əlavə edilsin:
“2.7.5. silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı hallarında;
2.7.6. 2.7.5-ci yarımbənddə qeyd olunmuş hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları hallarında.”.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər